![](https://azedu.az/uploads/news/2024/05/azedu.az_4_(25)_9.jpg)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və agentliyin əməkdaşları Bakı Mühəndislik Universitetində (BMU) olub.
AzEdu.az xəbər verir ki, agentliyin rəhbər heyəti universitetin kampusu, Texnoparkı, mexanika, kimya, elektronika və İKT laboratoriyaları, eləcə də yataqxanasını gəziblər, mövcud şəraitlə yaxından maraqlanıblar. BMU-nun rektoru Yaqub Piriyev universitetin müasir laboratoriyalarının geniş imkanları, burada aparılan elmi tədqiqatlar, həmçinin ali təhsil ocağının Texnoparkında tələbələrin innovativ təşəbbüslərinin, startaplarının reallaşdırılması məqsədilə həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Planlaşdırılan yeniliklər, açılacaq yeni ixtisaslar haqda da danışan rektor, eyni zamanda, əmək bazarı üçün lazımi mütəxəssislərin hazırlanması, universitet-sənaye iş birliyinin inkişafı, məzunların məşğulluq səviyyəsinin yüksəldilməsi yönündə universitetdə görülən tədbirləri vurğulayıb. Ali təhsil ocağı ilə tanışlıq zamanı tələbə və məzunların məşğulluq məsələləri, onların ixtisaslarına uyğun işlə təmin olunması istiqamətində əməkdaşlıq, Dövlət Məşğulluq Agentliyinin son illər bu yöndə tətbiq etdiyi müasir, yeni yanaşmalar nəzərdən keçirilb. Bununla yanaşı, tələbələrin biznes bacarıqlarının inkişaf etdirilməsi, universitetdə hazırda mövcud olan startaplar və inkubasiya mərkəzi, birgə innovativ layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Mustafa Abbasbəyli BMU-nun geniş potensiala malik olduğunu bildirib, müsbət təəssüratlarını paylaşıb və gələcək əməkdaşlığın mümkün istiqamətləri barədə fikirlərini nəzərə çatdırıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)