![](https://azedu.az/uploads/news/2024/05/azedu.az_1716464889869821785_1200x630_795.jpg)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabinetində sosial reabilitasiyaya cəlb olunan uşaqlar üçün Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AzEdu.az-a verilən məlumata görə, ekskursiya zamanı 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş uşaqlar kitabxana və uşaq ədəbiyyatı nümunələri ilə tanış olmaq imkanı əldə ediblər.
Ekskursiyanın məqsədi həmin kateqoriyadan olan uşaqların ictimai inklüziyası və cəmiyyətə düzgün inteqrasiyası, asudə vaxtlarının səmərəli təşkili, həmçinin onlarda mütaliə mədəniyyətini formalaşdırmaqla kitaba marağın artırılmasıdır.
Tədbir çərçivəsində uşaqlar üçün Bakı Uşaq Teatrının aktyorlarının təqdimatında “Tıq-tıq xanım” və “Qırmızı papaq” nağılları səhnələşdirilib.
Kitabxanada təşkil edilən “Nağıl saatı”nda uşaq yazıçısı Gülzar İbrahimova azyaşlılara nağıllar oxuyub.
Sonda uşaqlara kitablar hədiyyə edilib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)