![](https://azedu.az/uploads/news/2024/04/azedu.az_17132626285811757335_1200x630_505.jpg)
Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək.
AzEdu.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, imtahan iştirakçılarının Azərbaycan dili üzrə biliklərinin qiymətləndirməsi A1, A2 başlanğıc, B1, B2 orta, C1, C2 yuxarı səviyyələrində aparılacaq: “Beləliklə, Azərbaycan dili üzrə də belə standart imtahan mövcud olacaq. Hazırda imtahanı həyata keçirmək üçün elmi-pedaqoji heyət arasında müzakirələr aparılır. Onların fikirlərini öyrənib imtahanı keçirəcəyik”.
DİM rəhbəri Azərbaycan dili üzrə sertifikasiya imtahanından sonra müvafiq bazanın toplanacağını və həmin baza əsasında statistik təhlillər aparılacağını söyləyib: “Tələblərə cavab verən gənclərin Azərbaycan dilini hansı səviyyədə bilməsi müəyyənləşəcək. İstər evdar xanımlar, istər işləyən şəxslər - hər kəs bu imtahandan keçib dil biliyi səviyyəsini ölçə bilər”.
Məleykə Abbaszadə statistika toplanılması, sosial eksperiment məqsədilə Azərbaycan dili üzrə ilkin sertifikasiya imtahanlarının ödənişsiz olacağını diqqətə çatdırıb: “Lakin sonra hüquqi müstəvidə də müəyyən addımlar atılacaq. Sonrakı mərhələdə ola bilər ki, B1, B2 səviyyəsində sertifikat əldə edən şəxs dövlət qulluğu imtahanında Azərbaycan dili fənni üzrə imtahandan azad oluna bilər. İmtahan dili öyrənənlər, diaspor üzvləri üçün, dilin səviyyəsini müəyyən etmək üçün vacibdir”.
Məleykə Abbaszadə son 5-6 ildə dünyada xaricilərin Azərbaycan dilini öyrənmə marağının artdığını vurğulayıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)