![](https://azedu.az/uploads/news/2024/04/azedu.az_1-Telebeler1_916.jpg)
Bakı Mühəndislik Universitetində (BMU) “YENİ Klub”un təşkilatçılığı ilə “Bədən dili” mövzusunda seminar təşkil olunub.
AzEdu.az xəbər verir ki, seminarda universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə tədbirin məhz tələbələrin sorğusu əsasında seçilən psixoloji mövzuya həsr olunmasını, onların bu sahəyə maraq göstərməsini sevindirici hal kimi dəyərləndirib. Ali təhsil müəssisələrində, xüsusən də tələbələr arasında psixoloji profilaktika və maarifləndirmənin vacibliyini qeyd edən prorektor psixoloji xidmət sahəsinin insan sağlamlığı üçün əhəmiyyəti, psixoloji problemləri yaradan şərait və amillər, belə halların erkən aşkarlanması kimi məsələlərə toxunub. Eyni zamanda psixologiya sahəsi ilə əlaqəli olan yeni bilik və istiqamətlər haqda tələbələrin məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.
Öz müşahidələri əsasında BMU-da tələbələrin diqqət və qayğı ilə əhatə olunmasından məmnunluq ifadə edən psixoloq Fidan Nizamova da psixoloji narahatlıqların erkən üzə çıxarılmasının vacibliyinə diqqət çəkib.
“Bədən dili” mövzusunda təqdimatla çıxış edən psixoloq qeyri-verbal ünsiyyət forması olan bədən dili anlayışı, bədən dilinin analizi, bədən dilində makro və mikro ifadələr, mimika, jest kontrolu, üz və göz ifadələri, münasibətlərdə bədən dilinin rolu kimi məsələlərdəm ətraflı bəhs edib.
Auditoriya ilə interaktiv formada davam edən seminarda şəxsi təcrübəsini də tələbələrlə paylaşan psixoloq seminar iştirakçılarını maraqlandıran müxtəlif sualları cavablandırıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)