Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-09 10:18:00
Hər kəs savadlı və ali təhsilli ola bilməz...

“Valideyn təhriki, qorxu, hədə ilə imtahandan yüksək bal yığmaq, tanınmış universitetdə təhsil almaq, gələcəkdə yaxşı bir mütəxəssis olacağının qarantisi deyil və valideynlər təəssüf ki, bunu qəbul etmək istəmirlər”.

 

Bu sözləri AzEdu.az-a açıqlama verən sosioloq Lalə Mehralı deyib.

 

Onun sözlərinə görə valideynlər nəzarət ilə təzyiq və hədəni qarışdırırlar:

 

“Övladının imtahanda zəif nəticə göstərməsi dünyanın sonu deyil, bu hamının başına gələ bilər. Hər kəs savadlı və ali təhsilli ola bilməz. Əgər hamı ali təhsilli olacaqsa, xarrat, bənna, dəmirçi, pinəçi kim olacaq?

 

Valideyn təhriki, qorxu, hədə ilə imtahandan yüksək bal yığmaq, tanınmış universitetdə təhsil almaq, gələcəkdə yaxşı bir mütəxəssis olacağının qarantisi deyil və valideynlər təəssüf ki, bunu qəbul etmək istəmirlər. Bizdə formalaşan fikir odur ki, “flankəsin oğlu ali təhsil aldı, mənim oğlum niyə almasın?”.

 

Bəlkə sənin oğlun yaxşı bir dülgər olacaq? Yaxşı bir dərzi, tələbat olan bir bərbər olacaq? Buna görə də uşaqları sıxmaq lazım deyil, əgər oxumağa könlü yoxdursa, ona özünü ifadə edəcəyi bir məşğuliyyət tapmaq lazımdır. Övladınızın arzusu nədirsə, özünü hansı sahədə yaxşı görürsə, o istiqamətə yönəltmək lazımdır”, - deyə sosioloq qeyd edib.