
21.03.2018 09:33
“Qəzada ağır yaralanan müəllimənin vəziyyətində müsbətə doğru irəliləyiş var”- Həkimdən açıqlama
Yevlaxda baş verən qəzadan sonra Respublika Neyrocərrahiyyə Klinikasında əməliyyat olunan məktəb əməkdaşı Əntiqə Qoşqarlının səhhətində müsbətə doğru irəliləyiş var.
Bunu AzEDU-ya açıqlamasında Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim cərrahı Azər Zeynalov bildirib. O qeyd edib ki, xəstə reanimasiya şöbəsində ciddi nəzarətdə saxlanılır:
“Əntiqə Qoşqarlının vəziyyəti yavaş-yavaş yaxşıya doğru gedir. Komadan ayılmaq istəyir, amma bunun üçün bir qədər zaman lazımdır. Komadan nə zaman ayılacağını söyləmək isə mümkün deyil. Çünki təbabətdə ikini ikiyə vuranda dörd yox, səkkiz və ya 16 edir”.
Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanında iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb. Ağır yaralanan 1992-ci il təvəllüdlü Əntiqə Qoşqarlı travma mənşəli beyindaxili qansızma diaqnozu ilə martın 13-də Bakıya göndərilərək, təcili əməliyyata götürülüb.
Nəzrin Rüstəmova
Bu bölməyə aid digər xəbərlər
Sinif jurnalının yazılması üçün hibrid təhsilin dərs cədvəli- Müəllimlər üçün
19.01.2021 | 11:44
“Şuşada Üzeyir Hacıbəyov adına məktəb açmaq istəyirəm”-MHP lideri hədəflərdən danışdı
18.01.2021 | 17:13
Təhsilverənlərin sertifikatlaşdırılması üçün test imtahanlarına start verilib
15.01.2021 | 10:12
Vətən müharibəsində iştirak etmiş müəllim və tələbələr təltif olunublar
13.01.2021 | 17:00
Müəllimlər üçün çox faydalı tədris proqramları, mobil tətbiqlər – İndi endirin və faydalanın
13.01.2021 | 16:00
Təhsil mərkəzi müəllimlər üçün vakansiya elan edir-FƏNLƏR üzrə
10.01.2021 | 11:49
Distant təhsildən ən çox zərər çəkən ONLARDI
08.01.2021 | 10:55
KSQ və BSQ-nin keçirilmə qaydası- Ən son yeniliklər
06.01.2021 | 12:12
Kurikulum üzrə ən yeni test tapşırıqları-Müəllimlərin diqqətinə
03.01.2021 | 15:26
Sertifikasiyada sualların çətinlik səviyyəsi necə olacaq?- Qaydalar və prosedurlar
03.01.2021 | 13:34
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
13.01.2021 | 09:00
Ənənəvi dərslər nə zaman başlayacaq? - Təhsil Nazirliyindən açıqlama

15.01.2021 | 16:25
Onlayn dərslərdən yayınan müəllimlərə XƏBƏRDARLIQ edildi

15.01.2021 | 10:12
Təhsilverənlərin sertifikatlaşdırılması üçün test imtahanlarına start verilib

13.01.2021 | 11:18
Bu müəllimlərə əlavə dərs saatları verilir- QAYDA

17.01.2021 | 12:36
Nazir tədrisin təşkili ilə bağlı məsələlərə aydınlıq gətirəcək-DİQQƏT

19.01.2021 | 11:32
Təhsil nazirinin brifinqində hansı vacib qərarlar veriləcək? – Ehtimallar

16.01.2021 | 11:42
Məktəblərlə bağlı qərar nə vaxt veriləcək?-Prezident köməkçisi açıqladı

14.01.2021 | 15:06
DİM 2 növ elektron imtahan hazırlayıb – Məleykə Abbaszadə yeniliyi açıqladı

FACEBOOK