Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-08 10:12:00
10 mart buraxılış imtahanının nəticələri bu həftə açıqlanacaq? - DİM

Abituriyentlərin əksəriyyəti 10 mart tarixində keçirilən imtahan nəticələrinin bu həftə çıxa biləcəyi ehtimalının olub-olmadığı ilə bağlı suallar ünvanlayırlar.

 

Maraqlıdır, imtahan cavablarının bu həftə elan edilməsi mümkündürmü?

 

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, XI sinif üzrə 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin 15 – 19 aprel tarixləri arasında elan olunması nəzərdə tutulur.

 

Qeyd edək ki, martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Masallı, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli məktəb), Ağdam, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Laçın (şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbləri), Qax, Balakən, Zaqatala, Quba, Xızı və Qusar şəhər və rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.