Azedu.az

UNEC-də Soyqırımı Gününə həsr olunan silsilə tədbirlər keçirilib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

30 Mart 2024, 16:45
UNEC-də Soyqırımı Gününə həsr olunan silsilə tədbirlər keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bütün fakültələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan silsilə tədbirlər, seminarlar və xüsusi dərslər təşkil olunub.

 

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, keçirilən tədbirlərdə soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb, videoçarxlar nümayiş edilib.

 

 

 

Silsilə tədbirlərdə çıxış edənlər erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlardan, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələrindən söz açıblar. Bildirilib ki, faciələrdən əsrlər, illər keçsə də, xalqımızın öz qanlı tarixini unutmayıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilə bu qətliama ilk dəfə siyasi-hüquqi qiymət verilib.

 

 

Tədbirlərdə azərbaycanlılara qarşı törədilmiş bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının, gələcək nəsillərin milli yaddaşının qorunmasının vacibliyi vurğulanıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox