Azedu.az

BMU-da “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

19 Mart 2024, 16:33
BMU-da “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələr üçün “Multikultural Novruz bayramı” adlı tədbir təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Xarici dillər kafedrasının müdiri Ətrabə Gül Azərbaycanın zəngin milli-mənəvi dəyərlərini özündə ehtiva edən bayramın tarixi, eyni zamanda multikultural ənənələrin daşıyıcısı olan Novruzun UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında yer alması haqda ətraflı məlumat verib.

 

Tədbirin moderatoru Günel İsgəndərovanın interaktiv təqdimatında Novruz bayramı ilə bağlı adət-ənənələr, qeyd olunan dörd çərşənbə, eləcə də bayram süfrələrini bəzəyən hər bir nemətin fərqli simvolik məna daşıması barədə informasiyalar nəzərə çatdırılıb.

 

Yallı rəqsi ilə davam edən tədbirdə xarici tələbələrə Novruz şirniyyatları təqdim olunub.

 

Tədbirdə BMU-İNHA İDP-nin rəhbər heyəti, Secong İnstitutunun Koreya dilinin tədrisi üçün yeni ezam edilmiş müəllimi cənab Ho Hyun Jin, universitetin Xarici dillər kafedrasının, həmçinin Beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin əməkdaşları iştirak ediblər.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox