Azedu.az

BMU-da tələbələrlə görüş keçirilib

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

13 Mart 2024, 17:42
BMU-da tələbələrlə görüş keçirilib

Litvanın, ümumilikdə Baltikyanı ölkələrin ən nüfuzlu ali təhsil ocaqlarından olan Vilnius Gediminas Texniki Universitetinin Beynəlxalq Təhsil Mərkəzinin Baş meneceri Viktorija Pliuskiene və Biznes fakültəsinin professoru Jolanta Nalivaike ilə Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri arasında görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüş BMU-nun  Beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə baş tutub.

 

Xanım Pliuskiene tələbələrə Vilnius Gediminas Texniki Universiteti, tədris olunan ixtisaslar, yataqxana, təqaüd proqramları, tələbə həyatı, viza və yaşayış icazəsi, həmçinin qəbul şərtləri haqqında geniş məlumat verib.

 

Sonra xanım Nalivaike Biznes fakültəsində tədris olunan fənnlər, iş imkanları, fakültə mühiti haqqında tələbələri məlumatlandırıb.

 

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

 

Sonda qonaqlar BMU-nun laboratoriya və Texnoparkı ilə tanış olublar.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox