Azedu.az

BMU-nun 6 tələbəsi xaricdə təhsil almaq hüququ qazanıb

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

11 Mart 2024, 11:36
BMU-nun 6 tələbəsi xaricdə təhsil almaq hüququ qazanıb

Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinin 6 tələbəsi “ERASMUS+KA1” mübadilə proqramı çərçivəsində müxtəlif xarici universitetlərdə təhsil almaq hüququ qazanıb.


AzEdu.az xəbər verir ki, 2023/2024-cü tədris ilinin yaz semestrində BMU tələbələrinin üçü-İsa Yusifov (kompüter mühəndisliyi ixtisası), Məhəmmədəli Ayralov (kimya mühəndisliyi ixtisası), Hassan Ul Moviz (memarlıq ixtisası) İtaliyanın Turin Politexnik Universitetində təhsillərini davam etdirəcəklər. Bundan başqa, universitetin iki tələbəsi Gülnar Əkbərli (biologiya müəllimliyi ixtisası), Arzu Nəcəfzadə (kompüter elmləri ixtisası) İspaniyanın Jaen Universitetində, digər tələbə Canel Xəlilov isə (maliyyə ixtisası) Polşanın Vroslav Biznes Tətbiqi Elmlər Universitetində bir semestr təhsil alacaq.


Mübadilə proqramları çərçivəsində təhsil alacaq tələbələrə müvafiq qaydalara əsasən, akademik məzuniyyət verilib.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox