Azedu.az

AzTU və Hacettepe Universiteti ömürboyu öyrənmə üzrə əməkdaşlığa başlayıb

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

2 Mart 2024, 13:51
AzTU və Hacettepe Universiteti ömürboyu öyrənmə üzrə əməkdaşlığa başlayıb

Türkiyədə səfərdə olan AzTU-nun rektoru professor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti martın 1-də Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran və universitetin nümayəndələri ilə görüşüblər.

 

 

AzTU-dan AzEdu.az-a bildiriblər ki, görüş çərçivəsində AzTU və Hacettepe Universiteti arasında tədris-tədqiqat, xüsusilə ömürboyu öyrənmə istiqamətində birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

 

Müqaviləyə əsasən, AzTU ömürboyu öyrənmə istiqamətində Hacettepe Universitetinin mövcud təcrübəsindən faydalanacaq və universitetlər hər iki ölkənin əmək bazarında tələb olunan ixtisaslar üzrə davamlı təhsil platforması ərsəyə gətirəcəklər.

 

 

Qeyd edək ki, AzTU-nun nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova daxildir.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox