Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-23 09:04:00
“Tarixdə bu gün”- 23 fevralda nələr olub?

Tarixin elə günləri olur ki, həmin gündə bir yox, bir neçə əhəmiyyətli hadisə baş verir.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün tarixindəki əhəmiyyətli hadisələrə qısa nəzər keçirir.

 

23  fevral tarixində baş vermiş o, hadisələri təqdim edirik.

 

23 fevral 1918-ci ildə Lev Trotski tərəfindən Qırmızı Ordu yaradılıb:

 

Bu ordu 1917-ci il Oktyabr İnqilabından sonra çar ordusuna qarşı döyüşmək üçün fəhlə və kəndlilərdən təşkil olunaraq quruldu. L.Trotskinin rəhbərliyi altında Qırmızı Ordu çar tərəfdarı olan Ağ Qvardiyaya qarşı da mübarizə aparırdı. Qeyd edək ki, "qırmızı" adı fəhlə sinfinin təmsili rəngi olaraq qəbul edilmişdi. 1946-cı ildə Qırmızı Ordu adı SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) Silahlı Qüvvələri adlandırıldı.

 

23 fevral 1909-cu ildə  görkəmli Azərbaycan ədəbiyyatşünası, akademik Həmid Araslı  anadan olub: 

 

O, 1970-81-ci illərdə Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik edib.Həmid Araslı “Kitabi-Dədə Qorqud” dastanı, Nizami, Füzuli kimi şairlərin əsərlərinin elmi və kütləvi nəşrlərinin hazırlanmasında böyük xidmətlər göstərib.

“Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatıfundamental tədqiqatın, klassik ədəbi irslə bağlı çoxlu sayda kitabın müəllifi olan Həmid Araslı həm də Türkiyə Dilçilik Cəmiyyətinin fəxri üzvü və İraq Akademiyasının fəxri akademiki idi.

 

23 fevral 1946-cı ildə futbolun ulduzlarından biri, dünya və SSRİ çempionatlarının bürünc mükafatçısı Anatoli Banişevski anadan olub:

 

O,  hələ 15 yaşında ikən keçmiş SSRİ-nin ən istedadlı və mahir futbolçularından sayılan, Bakının “Neftçi” komandasının ulduzu olan A.Banişevski 17 yaşında SSRİ-nin seçmə kollektivi heyətinə qəbul edilib. Böyük futbolda olduğu müddətdə 100-dən çox qol vurub.

 

23 fevral 1947-ci ildə Beynəlxalq standartlaşdırma təşkilatı yaradılıb:

 

Təşkilat elektrik, elektronika və telekomunikasiya istisna olunmaqla bütün sahələr üzrə standartların hazırlanması ilə məşğuldur. Elektrik və elektronika üçün "Beynəlxalq elektrotexniki kommisiya - IEC", telekommunikasiya üzrə isə "Beynəlxalq rabitə birliyi - ITU" cavabdehdir.