Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-17 11:15:00
Pakistanın Mühəndislik və Texnologiya Universitetinin nümayəndəsi BMU-da olub

Pakistan İslam Respublikasının Sir Syed Mühəndislik və Texnologiya Universitetinin (Sir Syed University of Engineering and Technology – SSUET) Biznesin idareəedilməsi departamentinin rəhbəri, Dr.Muhammad Ammad ul Haque Bakı Mühəndislik Universitetində (BMU) olub.

 

AzEdu.az xəbər verir ki, əvvəlcə qonaq universitetin inzibati binasında Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib.

 

Sonra qonaq BMU-nun maddi-texniki bazası, mövcud infrastrukturu, o cümlədən kitabxana, Kompüter və İKT laboratoriyaları, Texnoparkın fəaliyyəti, oğlanlar yataqxanası ilə yaxından tanış olub.

 

Universitetdə yaradılan şəraiti yüksək dəyərləndirən Dr.Muhammad Ammad ul Haque ali təhsil müəssisəsinin mövcud imkanları ilə bağlı məmnunluğunu dilə gətirib.

 

Daha sonra pakistanlı qonaqla İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları arasında görüş keçirilib.

 

Görüşdə fakültənin kafedraları, tədris olunan ixtisaslar, bakalavr, magistratura, MBA və doktorantura pilləsi üzrə kadr hazırlığı və s. Haqda ətraflı məlumat verilib.Öz növbəsində Dr.Muhammad Ammad ul Haque təmsil etdiyi universitetin fəaliyyət istiqamətləri, icra olunan proqram və hədəfləri ilə bağlı vacib məqamları vurğulayıb, eyni zamanda BMU ilə əməkdaşlıqda maraq göstərdikləri sahələri nəzərə çatdırıb.

 

Müəllim və tələbələr üçün seminar və təlimlərin təşkili, qarşılıqlı təcrübə mübadiləsi və s. İmkanların nəzərdən keçirildiyi görüşün sonunda Dr.Muhammad Ammad ul Haque Azərbaycana səfəri və ölkəmiz haqda müsbət təəssüratlarını da paylaşıb.