Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-13 13:50:59
DİM: Tapşırıqların izahı bu gün paylaşılacaq

Magistratura pilləsi üzrə keçirilmiş I cəhd qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının doğru cavabları həmin gün paylaşılmışdı.

 

Bütün tapşırıqların cavabl arının nə zaman açıqlanacağı sual doğurur.

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, bu gün imtahanda istifadə olunmuş bütün tapşırıqların izahı yazılı şəkildə DİM-in saytına yerləşdiriləcək:

 

“Bütün bunlar, əlbəttə, şəffaf və obyektiv imtahanın göstəriciləri kimi qiymətləndirilməlidir. İmtahandan əvvəl qəbul proqramı, eyni zamanda imtahan modeli “Magistr” jurnalının müvafiq buraxılışlarında dərc olunur. İmtahanın məzmunu ilə əlaqədar bütün məlumatları əvvəlcədən təqdim edirik. Kitabçaların verilməsi və tapşırıqların izah edilməsi iştirakçıların öz imtahan nəticələrini təhlil etməsinə və gələcək imtahanlara daha da hazırlıqlı olmalarına şərait yaradır”.