Azedu.az

UNEC tələbəsinin iştirak etdiyi layihə qalib olub

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

10 Fevral 2024, 16:19
UNEC tələbəsinin iştirak etdiyi layihə qalib olub

UNEC-in Biznes və Menecment fakültəsinin tələbəsi Rəşad Ağazadənin iştirak etdiyi “Ekonəfəs” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəbəkələşmə görüşünün qalibi olub.

 

AzEdu.az xəbər verir ki, yarış iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırladıqları layihələri komanda şəklində ekspertlərə təqdim ediblər. UNEC tələbəsinin təmsil olunduğu "Ekonəfəs" komandası 8 komanda arasında I yeri qazanaraq, 3000 manat dəyərində mükafat əldə edib.

 

“Ekologiyaya nəfəs ol!” şüarı altında keçirilən layihənin məqsədi gənclərdə ekoloji savadlılığın artırılmasıdır.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox