Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-29 21:42:14
Azərbaycanlı şagird beynəlxalq müsabiqədə uğur qazanıb

İsmayıllı rayon Talıstan kənd tam orta məktəbi IX sinif şagirdi Ağamirzəyev Emil Elnur oğlu beynəlxalq müsabiqədə uğur qazanıb.

 

AzEdu.az xəbər verir ki, həmçinin Emil bundan əvvəl Türkiyə,Qazaxıstan, Serbiya və İtaliyada da keçirilən beynəlxalq müsabiqələrdə yer tutub.

 

Emil Ağamirzəyev İngiltərənin paytaxtı London şəhərində keçirilən “Dünya ölkələrinin tarixi( History of world countries) adlı beynəlxalq elm müsabiqəsində 52 ölkədən gəlmiş 2345 şagird arasından fərqlənərək ilk onluğda- VIII yerdə qərarlaşıb.

 

 

1-10 sentybar tarixlərində ABŞ-ın Nyu Yorkda keçirilən beynəxalq konfransda iştirak edib.

 

Qeyd edək ki,  Tarix fənnindən RFO yarımfinal turunada vəsiqə qazanıb.