Azedu.az

Beynəlxalq reytinq şirkətinin nümayəndələri ADNSU-da

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

28 Yanvar 2024, 16:40
Beynəlxalq reytinq şirkətinin nümayəndələri ADNSU-da

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərovun “Times Higher Education" (THE) reytinq şirkətinin nümayəndələri ilə görüşü olub.

 

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.

 

 

ADNSU-nun reytinq siyasətinin təşviqi məqsədilə universiteti ziyarət edən qonaqlar - reytinq şirkətinin qlobal məsələlər üzrə baş direktoru Phil Baty, şirkətin kommersiya direktoru Lachyn İtalmazova və akkreditasiya və lisenziya üzrə məsləhətçi Zülfiyyə Şəfiyeva burada tədris və keyfiyyətli təhsil üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.

 

 

Görüşdə V.Əskərov qonaqlara universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib.

 

 

Sonra ikitərəfli əməkdaşlıq çərçivəsində təhsilin, elmi nailiyyətlərin inkişafı istiqamətində müasir yanaşmadan, o cümlədən görüləcək perspektiv layihələrdən bəhs olunub.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox