Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 16:32:00
Xaricdə təhsil alanların diqqətinə! – Bu hallarda diplomlarınız TANINMIR        

Xaricdə təhsil alan tələbələri narahat edən məsələlərdən biri də universitet bitirdikdən sonra diplomlarının tanınıb, tanınmaması ilə bağlı olan məsələdir.

 

Bəs görəsən, xaricdə təhsil almaq istəyən namizədlər bu problemlə qarşılaşmasın deyə nələrə diqqət etməlidirlər?

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, Azərbaycanda xaricdə təhsilini distant şəkildə alanların diplomu tanınmır:

 

“Azərbaycan Respublikasında xaricdə verilmiş kvalifikasiya tanınma qaydaları var. Bu diplomların tanınması ilə bağlı qaydadır. 2023-cü ilin fevralında həmin qaydalarda yenilənmələr oldu. Əvvəlki qaydalarda süni maneələr çox idi. Azərbaycanda elədir ki, xaricdə distant təhsil alan tələbələrin diplomları tanınmır. Azərbaycanda vəziyyətdən istifadə edən bir çox şəxslər qanunvericiliyə zidd olaraq, guya Türkiyədə və ya digər xarici universitet onlayn təhsil adı ilə insanlardan külli miqdarda vəsait toplayırlar. Bu da qeyri-qanunidir və onların verdikləri diplomlar tanınmır. Əgər hər hansısa, bir universitet öz filialını burada açmaq istəyirsə, bu ancaq dövlətlərarası müqavilə ilə ola bilər. O ki,qaldı Türkiyə Respublikasında həqiqətən də gedib təhsil alanlar universitet bitirdikdən sonra həmin qaydalara uyğun olaraq gəlib imtahan verirlər və diplomları da, aldıqları dərəcələr də Azərbaycanda tanınır.

 

İnsanlar birinci qanunvericiliyi bilməlidirlər. Nəzərə alınmalıdır ki, Azərbaycanda distant təhsil tanınmır. Bakıda oturub hansısa otaqda guya dərslərə qoşulmaqla diplom almaq, təbii ki, tanınmayacaq. Bu qanunvericiliyə ziddir. İnsanlar bunu bilib pullarını belə yerə verməməlidirlər. Çünki son nəticədə bu qanundan kənarda olduğu üçün onların təhsil sənədi tanınmayacaq”.

 

Nigar Nəcəfova