Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-10 12:09:06
Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edildi

24 dekabr tarixində keçirilən Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Şagirdlər www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə nəticələrlə tanış ola bilərlər.

 

AzEdu.az xəbər verir ki, nəticələrlə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] elektron poçt ünvanına yazılı şəkildə göndərilməlidir.

 

Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdır.

 

Respublika Fənn Olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.

 

Qeyd edək ki, RFO-nun respublika mərhələsinin yarımfinal turu ilə bağlı məlumatlar tezliklə paylaşılacaq.