![](https://azedu.az/uploads/news/2024/01/azedu.az_image_780x_6152bc462ec76_369.jpg)
Təkrar sertifikatlaşdırmadan keçən 743 nəfər müəllim uğur qazana bilmədi və məcbur olduq ki, onların müqavilələrinə xitam verək.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, müəllimin öz tədris etdiyi fəndən minimal balı toplaya bilməməsinin səbəbini keçmişdə axtarmaq lazımdır: "90-cı illərdə diplomları qeyri-qanuni yolla verən orta və ali təhsil müəssisələrinin heç biri indi fəaliyyət göstərmir".
O vurğulayıb ki, artıq sertifikatlaşdırma prosesində 40 minə yaxın müəllim iştirak edib, növbəti hər mərhələdə 30 min müəllim bu prosesdən keçəcək:
"İkinci vacib məqam ondan ibarətdir ki, təxminən son 8-9 ildə işə qəbul edilən müəllimlərin hamısı, 100%-i bu prosesdə uğur qazanır. Bu o deməkdir ki, bizim işə qəbul prosesimiz son 9-10 ildə düzəlib".
Emin Əmrullayevin sözlərinə görə, son dövrlərdə işə qəbul olunan müəllimlərin ən azı bilik səviyyəsi daha əvvəl - 25 il bundan əvvəl işə qəbul olunan müəllimlərdən 2 - 2.5 dəfə çoxdur. O bildirib ki, bütün yaş qruplarında yüksək bal toplayan müəllimlərimiz var.
Nazir sertifikasiya prosesinin 2026-cı ilin ortalarına qədər tamamlanacağını qeyd edib. O, 120 minə yaxın müəllimin prosesdən keçəcəyini, onların maaşlarının artacağını və daha keyfiyyətli müəllim kontingentinin formalaşacağını vurğulayıb. Emin Əmrullayev gələcəkdə direktor və direktor müavinlərinin müəllimlər arasından seçiləcəyini diqqətə çatdırıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)