Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-23 12:42:00
DİM TOEFL iBT imtahanı keçirib

2023-cü il dekabrın 23-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İmtahanda 4 əcnəbi olmaqla 20 nəfər iştirak edib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, iştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının 3 fevral 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/