Azedu.az

UNEC ilə İstanbul Haliç Universiteti əməkdaşlıq edəcək  

Ali təhsil

11 Dekabr 2023, 17:37
UNEC ilə İstanbul Haliç Universiteti əməkdaşlıq edəcək  

Türkiyənin İstanbul Haliç Universitetinin beynəlxalq əlaqələr üzrə nümayəndə heyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görüş keçirilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, görüşdə Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova qonaqlara universitetin beynəlxalq əlaqələri haqqında ümumi məlumat verib, qazanılan qrant layihələri və mübadilə proqramlarından danışıb.

 

Sonra Haliç Universitetinin nümayəndələri təqdimatla çıxış ediblər.

 

Görüş zamanı universitetlər arasında ikitərəfli əməkdaşlıq müqaviləsinin imzalanması və UNEC tələbələrinin İstanbul Haliç Universitetində mübadiləsi haqqında razılıq əldə olunub.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox