Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-11 16:33:34
Rəqəmsal dövlətin formalaşması tədqiq olunur

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri tədqiq olunur.

 

AzEdu.az xəbər verir ki, bu barədə elmi şuranın növbəti iclasında institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov məlumat verib.

 

Məruzəçi şöbədə rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə aparılan tədqiqatlardan bəhs edib. Bildirib ki, bu çərçivədə rəqəmsal dövlətin inkişaf tendensiyaları analiz olunub, milli elektron dövlət mühitinin formalaşmasının konseptual əsaslarının işlənməsi, elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması istiqamətində tədqiqat işləri həyata keçirilib.

 

O, il ərzində şöbə əməkdaşları tərəfindən aparılan tədqiqatların nəticələrinin “Web of Science”, “Springer”, “Compendex”, “Ulakbim” kimi nüfuzlu bazalara daxil olan jurnallarda öz əksini tapdığını vurğulayıb.