Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-30 10:06:00
Universitet bufetlərində vəziyyət: “Tələbələrin həyatı təhlükədədir”

Universitetlərin yeməkxanalarında tələbələrə təqdim edilən yemək qablarının natəmizliyi tələbələr arasında narazılığa səbəb olur. Tələbələr qeyd edirlər ki, birdəfəlik istifadə olunan qablardan yenidən istifadə edilməsi sağlamlığımıza zərərlidir.

 

Birdəfəlik istifadə edilən qabalardan istifadə nə dərəcədə düzgündür?

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, universitetlərin yeməkxanalarında istifadə olan birdəfəlik stəkanlar tələbələrin sağlamlığına ciddi ziyan vurur:

 

“Haqqında bəhs etdiyim stəkanların bufetlərdə istifadəyə verilməsi, yolverilməzdir. Çünki burada təhlükə var. Bu təhlükə nədən ibarətdir? Çünki hər ağızda bir bakteriya var və ağız boşluğunda olan bu bakteriyalar istər-istəməz birdəfəlik stəkanlardan istifadə edən insanlar tərəfindən ötürülür. Həmin insanların hansı xəstəlik daşıyıcısı olduğu bilinmir. Bu çarpaz bioloji çirklənmədir. Düşünürəm ki, yemək qabların yanında şüşə stəkanlar olmalıdır. Hər içiləndən sonra da xüsusi məhlul ilə dezinfeksiya olunub, müəyyən bir istilikdə yuyulub tələbələrə təqdim olunmalıdır”.

 

Mütəxəssis qeyd edib ki, birdəfəlik qablar yuyulmayan olduğu üçün təhlükəli hesab edilir:

 

“Çünki birdəfəlik üçün nəzərdə tutulub və ona görə də tullanmalıdır.Təəssüflər olsun ki, bu gün universitet, məktəb bufetlərində dövlət nəzarəti çox aşağı səviyyədədir. Buna görə də tələbələrin həyatı təhlükədədir və bu məsələyə nəzarət edən yoxdur. Hər hansı bir sahibkar gəlib bufeti icarəyə götürüb öz bildiyi kimi tələbələrlə davranır. Öz bildiyini bişirib uşaqlara təqdim edir və gənclərində həyatı təhlükədə olur.

 

Hesab edirəm ki, dövlət Elm və Təhsil Nazirliyinin birbaşa nəzarəti ilə universitet bufetlərində menyu tərtib etməlidir. Həmin menyuda mövsümi meyvələr, onlardan hazırlanan kompotlar, qida olaraq isə karbohidratlar yerinə qarnirlər olmalıdır”.