Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-29 15:11:14
UNEC-də seminar keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarı giriş sözü ilə fakültə dekanı dosent Hafis Hacıyev açaraq, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb və Ulu Öndərin zəngin irsinin gənclərimiz tərəfindən öyrənilməsinin vacibliyini tələbələrin diqqətinə çatdırıb.

 

“Maliyyə və audit” kafedrasının professoru, Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Elnur Sadıqov “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda çıxış edib. O, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşmasının dövlətçiliyimizin və xalqımızın inkişafında mühüm rol oynadığını, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olduğunu qeyd edib. O, bu gün hər bir azərbaycanlının bu ideologiyaya sadiq olmalı olduğunu, müstəqil dövlətimizin inkişafı üçün əməyini əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməli olduğunu bildirib.

 

Diskussiya şəklində davam edən seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.