Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-06 13:53:00
Professor adını korlayıblar  - SƏRT TƏNQİD

Universitetlərdə müəllimlər tələbələrə dərs vəsaiti olaraq kitablar tövsiyə edir. Lakin bəzi müəllimlər məcburi olaraq həmin kitabları tələbələrə aldırır və əks təqdirdə bunun qiymətlərinə təsir edəcəyini bildirirlər.

 

Məsəlı ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Nabatəli Qulamoğlu bildirib ki, bu praktika Sovet dövründən mövcuddur:

 

 

“Müəllimlərin müəllifi olduğu kitablar doğurdan da satılırsa, özlərini təqdim etməyi  bacarırlarsa, məcburi şəkildə tələbələrə həmin kitabı aldırmaqlarına nə ehtiyac var? Əsas problem ondan ibarətdir ki, alimlərimiz çox azdır. Əlbəttə ki, söhbət həqiqi alimlərdən gedir. Əgər onlar normal kitab yazsalar, kitablar öz-özünə satılacaq. Məsələ burasındadır ki, bir çox müəllimlərin kitabları sürətçıxartmadır. Başqa dillərdən tərcümə edərək, çap edirlər. Nəticədə kitabı da alan olmur. Çünki o kitab heç kimə lazım deyil”.

 

 

Ekspert qeyd edir ki, müəllimlərin tələbələrə zorla kitab aldırmasına haqları yoxdur:

 

“Mən 5 kitab yazmışam. Əgər bu  kitablarımdan bir cümlə tapsalar ki, plagiatdır, kitabları yandıraram. Müəlim özünə inanıb kitab yazır və onu cəmiyyətə təqdim edirsə, buna görə tələbəni incitməyə haqqı yoxdur. Kitabı satışa buraxmaq olar.  Amma tələbəni məcbur edib “get mənim kitabımı al, mən də sənə onun əvəzində qiymət yazım” demək çox eybəcər bir praktikadır. Bu hallar təəssüf ki, hələdə davam edir”.

 

 

N.Qulamoğlu bildirib ki, bu hallarda tələbələr mütləq etiraz etməlidir:

 

“Heç kimin haqqı yoxdur ki, tələbəyə zorla kitab aldırsın. Bəzən professor adı gələn zaman məndə ikrah hissi yaranır. Çünki o adı o qədər korlayıblar, haram qatıblar ki, kimisə görəndə ürəyimdə  deyirəm ki, “Bu professor görəsən neçə kitabı kopyalayıb?”.  Çox təəssüf ki, son zamanlar ancaq bu haqda düşünürəm...” - deyə qeyd edib.