Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-27 15:10:00
Misirli tələbə : "İnsanlarla ünsiyyət qura bilmirəm"- MÜSAHİBƏ  

AzEdu.az saytı Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə silsilə müsahibələr təqdim edir.



Xarici tələbələrlə söhbətləşməkdə əsas məqsəd onların ölkəmizdəki təhsili necə dəyərləndirdiklərini, Azərbaycan barədə təəssüratlarını, əcnəbi gənclər üçün yaradılan şəraitdən məmnun qalıb-qalmadıqlarını, problemlərini öyrənməkdir.



Saytımızın "Xarici tələbə" rubrikasındakı növbəti müsahibi Misirdəndir.

 

 

Hazırda Azərbaycan Dövlət Neftvə Sənaye Universitetində Neft mühəndisliyi ixtisasında təhsil alan Hamdy Soltandır. 20 yaşlı Hamdy əslən misirlidir.

 

 

- Hamdy, Azərbaycana gəlişiniz necə baş tutdu?

- Atam Misirin Azərbaycandakı səfirliyində işləyir. Ona görə də bura bələddir. Yaşamaq baxımından da işimizi asanlaşdırann yaxşı əlaqələri var. Qısası, atamın işi ilə əlaqəli olaraq bura köçmüşük.

 

- Əvvəlcə harada təhsil alırdınız?

- Mənim uşaq bağçasından tutmuş orta məktəbə qədər bütün həyatım Misirdə keçib. Daha sonra isə qeyd etdiyim səbəblərdən təhsili burada davam etdirirəm.

 

- Ölkəmizdəki təhsil sistemi ilə bağlı düşüncələrin nələrdir?

- Əvvəlcə məndə bir az fərqli düşüncələr formalaşmışdı. Dili başa düşmədiyim üçün sistemi də anlamaqda çətinlik çəkirdim.

 

- Adət-ənələrimizdə hansı oxşarlığı müşahidə etmisiniz?

- Buradakı insanlar mənim ölkəmdəki kimi çox qonaqpərvərdir. Eyni dini paylaşdığımız üçün bir çox dini adət və ənənələri də bölüşürük.

 

- Sənin üçün burada yaşamağın ən çətin tərəfləri nələrdir?

- Çətinliklərimdən biri qida ilə əlaqədardır. Evimizdə olarkən pəhriz saxlayırdım. Burada özüm üçün yemək bişirməyə öyrəşə bilmirdim. Digər bir çətinliyim isə dillə bağlıdır. Burada ingiliscə danışanlar çox olmadığı üçün insanlarla ünsiyyət qurmaq çox çətin idi.

 No description available.

- Sənin üçün əsas uğur prinsipi nədir?

- Mənim üçün uğurlu olmaq üçün əsas olaraq vaxtını idarə etməyi bacarmalısan. Vaxtımı işlərimə uyğun idarə etməyi xoşlayıram. Bununla da məndən gözlənilən hər şeyi etmək üçün kifayət qədər vaxtım olur.  Əlbəttə ki, əyləncəmə də vaxt ayırmağı unutmuram.

 

- İnsanlarda ən çox dəyər verdiyin 3 xüsusiyyət

- Dürüstlük, xeyirxahlıq və yumor hissi.

 

Buradan sonra təhsilini harada davam etdirmək istəyirsən?

- Azərbaycandakı magistr təhsilini nəzərdən keçirirəm. Növbəti təhsil pilləsini də burada davam etdirməyi düşünürəm.

 No description available.

- Son olaraq nələr demək istərdin?

- Əslində elə də xüsusi bir sözüm yoxdur. Sadəcə onu demək istəyirəm ki, burada çox rahatam. Azərbaycanda yaşamaq və təhsil almaq mənim üçün yeni bir təcrübədir. Burada yeni bacarıqlar qazanmaq üçün əlimdən gələni edəcəyəm.