Azedu.az

UNEC-də “Bir müəllim-bir tələbə” debatına start verilir  

Ali təhsil

14 Oktyabr 2018, 13:37
UNEC-də “Bir müəllim-bir tələbə” debatına start verilir  

UNEC-in ötən tədris ilində ən fərqli və maraqlı layihələrindən olan “Bir müəllim-Bir tələbə” debatına yenidən start verilir.

AzEdu.az xəbər verir ki, İqtisadiyyat fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən debat “Azərbaycan iqtisadiyyatı 27 il: Uğurlarımız və hədəflərimiz” mövzusuna həsr olunacaq. Debatı “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının gənc müəllimi, “İqtisadçı” tələbə elmi dərnəyinin rəhbəri Zeynəb Qiyasova və İqtisadiyyat fakültəsi II kurs tələbəsi Səma Namazova aparacaq.

“Bir müəllim-Bir tələbə” debatı 17 oktyabr 15:00-da UNEC-in II tədris binasında (Həsən Əliyev küç. 135) keçiriləcək. Tələbələr debatda iştirak edə və müzakirələrə qoşula bilərlər.

Layihə UNEC-in “Strateji yol xəritələrinin icrasına dair tədbirlər planı” çərçivəsində həyata keçirilir.

Türkiyədən Azərbaycanla bağlı ÇAĞIRIŞ: Bunu etmək ŞƏRƏFSİZLİKDİR!
Son xəbərlərDaha çox