Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-23 11:40:19
Şəxsi kabinetin parolunu itirən valideynlər nə etməlidir?!

Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Qeydiyyatdan keçə bilmək üçün əvvəlcə şəxsi kabinetə daxil olmaq lazımdır. Ancaq bəzi valideynlər şəxsi kabinetin parolunu unudur və beləcə qeydiyyat prosesinə qoşula bilmir.

 

 

Valideyn şəxsi kabinetin şifrəsini itirdiyi zaman nə etməlidir?

 

 

 

“Valideyn portala daxil olub, “Şifrəni unutdum” düyməsinə vurub FİN kodunu yazır, növbəti addımda qeydiyyatdan keçərkən istifadə etdiyi əlaqə nömrəsini müvafiq sahəyə daxil edib “Göndər” düyməsini vurur.

 

Sistem tərəfindən avtomatik təyin olunmuş yeni şifrə əlaqə nömrəsinə göndərilir. Əgər əvvəl qeydiyyatdan keçdiyi nömrə artıq aktiv deyilsə, valideyn şəxsiyyətini təsdiq edən sənədlə birlikdə nömrənin dəyişilməsi ilə bağlı rayon(şəhər) təhsil şöbəsinə yaxınlaşmalıdır (və yaxud müraciət etməlidir)”.