Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə layihələrin qəbulu davam edir.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, layihə sənədlərinin (layihə təklifi forması, CV forması, iştirak sənədləri) qəbulu sentyabrın 15-dək [email protected] elektron poçtu vasitəsilə aparılacaq.
Müsabiqə barədə ətraflı məlumat nazirliyin saytında yerləşdirilib.