![](https://azedu.az/uploads/news/2023/08/azedu.az_azedu.az_ixtisas_468_307.jpg)
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə ixtisas seçimi 28 avqustda saat 23:59-da başa çatdı.
Universitetlərə qəbul olunmaq istəyən I, II, III, IV və V qruplar üzrə abituriytenlər sözügedən prosesdə iştirak etdilər.
Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata əsasən, bu il ali məktəblərə 55 min 907 plan yeri ayrılıb.
Bəs plan yerlərinin nə qədəri dövlət sifarişi əsasındadır?
Sözügedən mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a məlumat verib.
Ekspert bildirib ki, ümumilikdə 55842 plan yeri ayrılıb, onların da ixtisas qrupları üzrə dövlət sifarişi (ödənişsiz) üzrə bölgüsü belədir:
“I ixtisas qrupu üzrə 13348, II ixtisas qrupu üzrə 4325, III ixtisas qrupu üzrə 4265, IV ixtisas qrupu üzrə 3045, V ixtisas qrupu üzrə isə 1597 yer dövlət sifarişi (ödənişsiz) olaraq ayrılıb”.
E.Əfəndi onu da qeyd edib ki, ümumilikdə 70301 abituriyent və subbakalavr ixtisas seçim təsdiqində iştirak edir ki, onlardan da 17504 nəfər müsabiqəyə çıxarılan faktiki plan yerindən kənarda qalır:
“I ixtisas qrupu üzrə 18386 plan yeri uğrunda 21750 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, I ixtisas qrupu üzrə faktiki olaraq 3364 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.
II ixtisas qrupu üzrə 13285 plan yeri uğrunda 16323 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, II ixtisas qrupu üzrə faktiki olaraq 3038 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.
III ixtisas qrupu üzrə 16067 plan yeri uğrunda 19773 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, III ixtisas qrupu üzrə faktiki olaraq 3706 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.
IV ixtisas qrupu üzrə 4100 plan yeri uğrunda 5774 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, IV ixtisas qrupu üzrə faktiki olaraq 1674 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.
V ixtisas qrupu üzrə 4004 plan yeri uğrunda 9726 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, V ixtisas qrupu üzrə faktiki olaraq 5722 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək”.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)