Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-04 16:09:12
UNEC-in məzunu nüfuzlu xarici universitetdə oxuyacaq

Daha bir azərbaycanlı tələbə nüfuzlu xarici universitetdən qəbul təklifi alıb.

 

AzEdu.az xəbər verir ki, Lənkəran şəhərində anadan olan Jaləxanım Aslanzadə 2023-cü ildə UNEC-in (İqtisad Universiteti) "Maliyyə" fakültəsində bakalavr təhsilini başa çatdırıb.

 

O, Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri olan Edinburq Universitetinə (ing. University of Edinburgh) qəbul olunub. Jaləxanım bu universitetdə magistratura səviyyəsi üzrə təhsilini davam etdirəcək.

 

P.S. AzEdu.az ailəsi olaraq, həmvətənimizi təbrik edirik və onunla qürur duyuruq.