Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-04 14:31:00
IV qrupun rekordçusu: “6 müəllimlə hazırlaşırdım” - MÜSAHİBƏ

Bu gün I və IV ixtisas qrupları üzrə 22-23 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələri elan edilib.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) Sumqayıt şəhər 11 saylı orta məktəbinin məzunu Həsənzadə Fəxri Anar oğlu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə də həmin abituriyentə məxsusdur. O, imtahanın birinci mərhələsində isə 285.7 bal toplayıb. Beləliklə, IV ixtisas qrupu üzrə ən yüksək nəticə 678.2 baldır.

 

AzEdu.az Fəxri Həsənzadə ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib:

 

 - Fəxri, IV qrup üzrə respublika birincisisən. Hansı hissləri keçirirsən?

 

 - Nəticələr açıqlananda respublika birincisi olduğumdan xəbərim yox idi. Sonra səhifələrdən öyrəndim. Təbii ki, çox sevindim.

 

 - Hansı suallarda səhv etmişdin?

 

 - Kimyadan hamısı düz idi. Fizika, biologiya, riyaziyyat və ingilis dilindən hərəsindən 1 səhv, azərbaycan dilindən isə 2 səhvim var idi.

 

 - Hazırlıq prosesiniz necə idi?

 

 - Buraxılış imtahanından əvvəl hər gün 10-12 saat hazırlaşırdım. Sonradan gündəlik 4-5 saat hazırlığıma vaxt ayırdım.


 - İmtahanlara özün hazırlaşmışdın, ya repetitorla?

 

 - İmtahana hazırlıq prosesim isə repetitorlarla olub. 6 müəlimlə hazırlaşırdım.

 

 - Təhsilini hansı universitetdə davam etdirəcəyinə qərar vermisən?

 

 - Blok balım vasitəsilə xaricdə təhsil üçün müraciət edəcəyəm. Əgər təqaüd qazansam, təhsilimi xaricdə davam etdirmək istəyirəm. Azərbaycanda təhsil alacaq olsam, Azərbaycan Tibb Universitetini seçəcəyəm. Məqsədim həkim olmaqdır, sahəni isə hələ qərarlaşdırmamışam.      

 

 - Hansı hobbilərin var?

 

 - Futbol oynamağı, dostlarımla vaxt keçirməyi sevirəm.