Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-20 08:56:06
Elm və Təhsil Nazirliyində müşavirə - Nazir açıq müzakirə apardı

İyulun 19-da Elm və Təhsil Nazirliyində nazirliyin rəhbər heyəti, struktur bölmə və qurum rəhbərlərinin iştirakı ilə hesabat müşavirəsi keçirilib. 

 

Bu barədə AzEdu.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, müşavirənin keçirilməsində məqsəd nazirliyin struktur bölmə və qurumları arasında əməkdaşlığın artırılması, çevikliyin təmin olunması, təhsil sahəsində görülmüş işlər, yaranmış çətinliklər, qarşıda duran məsələlərlə bağlı tərəflərin məlumatlandırılması, təkliflərin səsləndirilməsi, eləcə də müvafiq istiqamətlərdə müzakirələrin aparılması olub.

 

Müşavirədə Elm və Təhsil Nazirliyinin 2023-cü il qarşısında duran əsas hədəflər və bu istiqamətdə görülmüş işlər barədə məlumat verilib. 

 

Bildirilib ki, nazirliyin əhatə etdiyi fəaliyyətlərin vaxtında və uğurlu icrası hər bir struktur bölmə və idarənin fəaliyyətindən bilavasitə asılıdır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin struktur bölmələri, regional idarələri və tabeliyindəki qurumlar arasında nazirliyin fəaliyyəti ilə bağlı məlumatlılıq və hesabatlılığın artırılması, öyrənilmiş dərslərin nəzərdən keçirilməsi və açıq müzakirənin aparılması məqsədilə bu cür görüşlərin mütəmadi təşkilinin vacibliyi vurğulanıb.

 

Müşavirədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin hesabatları dinlənilib, iştirakçıların sualları cavablandırılıb.