Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 09:08:01
Magistraturaya əlavə yerləşdirmə nə vaxt olacaq? - DİM-dən AÇIQLAMA


Ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçimi etmiş 4073 bakalavr qəbuldan kənarda qalıb. İndi onlar magistraturaya boş qalmış yerlərə əlavə ixtisas seçimində iştirak etməyə hazırlaşırlar. Bəs boş yerlərə əlavə yerləşdirmə nə zaman aparılacaq?

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) məsələyə aydınlıq gətirib.

Bildirilib ki, magistraturanın boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı bu ayın sonunda DİM tərəfindən elan olunacaq. Birinci ixtisas seçimində uğur qazanmış bakalavarların qeydiyyatı başa çatdıqdan – 31 iyuldan sonra boş qalan yerlərə seçim barədə məlumat açıqlanacaq.

DİM-dən onu da bildirblər ki, boş qalan yerlərinə ixtisas seçimində balların aşağı düşə biləcəyi barədə bəribaşdan proqnoz vermək mümkün deyil:

“Bu haqda müsabiqədən əvvəl proqnoz vermək mümkün deyil. Çünki keçid balını DİM müəyyən etmir”.

DİM onu da bəyan edib ki, birinci ixtisas seçimində magistraturaya qəbul olunmuş bakalavrlar bundan imtina etsələr, boş qalan yerələrin seçiminə buraxılmayacaqlar.