Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-30 09:26:27
Deputat: “Kitabdan gözəl hədiyyə yoxdur”  

 

“Mən kitabxanamı çox sevirəm. Ötən əsrin 90- cı illərindən bütün sahələr üzrə ən sanballı ədəbiyyatları toplamağa başladım. İndi də bu işi davam etdirirəm. Abunə ədəbiyyatlarını yarımçıq qoymadım”.

 

 

AzEdu.az xəbər verir ki, bunu millət vəkili, təhsil eksperti Etibar Əliyev deyib. O qeyd edib ki, hər bir kitabı hansı mağazadan, yaxud hansı şəxsdən aldığını xatırlayır:

 Ali Məhkəmə deputat Etibar Əliyevin ittihamlarına cavab verib

 

“Kitab doğrudan da yaddaşdır. Və kitabxanamın bir hissəsini təqdim edirəm. Təvazökarlıqdan uzaq, kitab bağışlamaqda çox səxavətliyəm. İstəyirəm ki, hamı oxusun və hamının kəmiyyətindən asılı olmayaraq kitabxanası olsun. Evin məzmunu kitabdır! Yaxın günlərdə kitabxanamı bütöv şəkildə təqdim edəcəm”.

 

“Yeni təhsil, tərbiyə və elm antologiyası”, “Ədəbiyyat üzrə Nobel mükafatı laureatları”, “Məktəbli fəlsəfəsi” kitablarımın bütün tirajını hədiyyə edəndə düşünmüşəm ki, kitabdan gözəl hədiyyə yoxdur”.