Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-04 08:35:00
Məktəbqiymətləndirmədən imtina etmək təklif olunur

Almaniyada süni intellektə görə məktəbdə qiymətlərindən imtina təklif olunur. Bu çağırış Bavariya Müəllimlər Assosiasiyası (BLLV) tərəfindən edilib.

AzEdu.az saytı xəbər verir ki, "Bild" nəşri Hamburqda bir neçə məzunun GTP ilə söhbət sayəsində imtahanlarını uğurla verdiyi son qalmaqala diqqət çəkib.

“Qiymətləndirmə təkcə əzbərləmə üçün deyil, həm də təlim prosesinin özünə görə verilməlidir. Gələcəkdə biz nəticəni deyil, prosesi qiymətləndirməliyik”, - BLLV-nin rəhbəri Simone Fleischmann deyib. Onun sözlərinə görə, məktəblilərin arxasınca getdiyi qiymət sistemi keçmişin mirasıdır və bu gün köhnəlib. Bavariyadakı müəllimlər təkcə qiymətləri və balları deyil, həm də uşaqların digər nailiyyətlərini nəzərə almağı təklif edirlər.

Alman Müəllimləri Assosiasiyasının rəhbəri Heinz-Peter Meidinger hesab edir ki, qiymətlər saxlanılmalıdır, lakin müəllimlər ev tapşırıqlarını, təqdimatları və komanda layihələrini daha diqqətlə yoxlamalıdırlar. Müəllim Viola Patricia Herrmann əmindir ki, ChatGPT ilə mübarizə aparılmamalı, əksinə o, məktəb təhsilinə inteqrasiya edilməlidir.