Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir.
AzEdu.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
UNEC-in Zaqatala filialı üzrə
Təkrar ali təhsilə sənəd qəbulu ancaq elektron qaydada //portal.edu.az/ və //www.kabinet.unec.edu.az portalları vasitəsilə həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə //portal.edu.az/ və bundan sonra isə //www.kabinet.unec.edu.az portalları vasitəsi ilə elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar.
Sənədlərin qəbulu 2023-cü il may ayının 17-dən avqust ayının 31-dək aparılacaq.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
Ünvan: Akademik Həsən Əliyev küçəsi 135, otaq 518
Tel.: (012) 564 38 92
Mobil: (070) 578 08 59 (həmçinin WhatsApp ünvan)
Facebook ünvanı: //www.facebook.com/unectekraralitehsil/