Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-29 09:15:00
Uşaqlar kondisionerdən soyuqlaya bilərmi?

Kondisionerdən soyuqlama barədə böyüklərin tez-tez şikayətlərəini eşidirik. Belə olan halda biz uşaqları elm və texnikanın bu nailiyyətindən qorumalıyıqmı?


AzEdu.az xəbər verir ki, mütəxəssislər kondisonerdən soyuqlama hadisəsinin bir qədər şişirdildiyi qənaətindədirlər. Çünki onların fikrincə bu texnika insanları qrip, sətəlcəm, soyuqdəymə vəziyyətinə qədər xəstələndirmək imkanına malik deyil. Olsa-olsa bədənin bu və ya digər hissəsi soyuq hava axınının təsiri altında müəyyən qədər soyuqlya bilər. Bu da keçici səciyyə daşıyır.

Əksinə, kondisonerlər bizim üçün əlverişli şərait yaradaraq  rahat işləmək və istirahət etməyimizi təmin edirlər. Bu baxımdan uşaqları da kondisonerdən ciddi şəkildə “gizlətməyə” ehtiyac yoxdur. Sadəcə, uşaqlar olan otaqlarda kondisonerin dərəcəsini böyüklərə nisbətən bir qədər yuxarı edin. 19-21 dərəcə. Bu zaman qapı və pencərələrin möhkəm bağlamağ unutmayın. Otaq istədiyiniz dərəcədə soyuduqdan sonra kondisioneri sondürə bilərsiniz. Onun bütün gecəni işləməsinə ehtiyac yoxdur. Ən azı ona görə ki, siz özünüz uşağınızın soyuqlamasında narahat olmayacaqsınız.