Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-28 15:00:00
Uşaq gündə nə qədər şirniyyat yeyə bilər? 

Tanınmış uşaq qastroenteroloqu AzEdu.az saytının sorğusuna cavab olaraq şokoladın və başqa konfet növlərinin uşaqlar üçün təhlükəli olub-olmadığı barədə məlumat verib.


Onun sözlərinə görə, uşaq özünə zərər verəcək miqdarda şokolad yeyə bilməz. Buna sadəcə onun iştahası olmayacaq. Uşaqlara kofeinin və ya başqa bir maddənin zərərindən narahat olmağa dəyməz.


Amma əsas diqqət yetirməli məsələ batonlardakı kalorinin miqdarı və şəkər tərkibidir. Müxtəlif plitə şokoladlar fərqli miqdarda şəkər tərkibinə malikdir, buna görə də tərkibə diqqət yetirmək lazımdır.

Əgər təfərrüatlara varmırsınızsa, o zaman gündə  orta hesabla bir plitka şokolad yeməyin ziyanı yoxdur.

Məsələnin başqa tərəfi isə - ziyanlı yemək vərdişlərinin formalaşmasıdır. Burada uşağın həssaslığına diqqət yetirmək lazımdır: əgər gündə bir plitka şokolad yemək uşağın yalnız şokolad tələb etməsinə gətirib çıxarırsa, deməli asılılıq yaradır və bu asılılığı aradan qaldırmaq üçün daha az şokolad vermək lazımdır. Əgər uşaq meyvə-tərəvəz və digər qidaları da yeyirsə, onda heç bir zərər yoxdur.