Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 17:46:00
13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs həbs olunub - YENİLƏNİB 

Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 44 yaşlı Səfər Kavazov məhkəmə qarşısına çıxarılıb.

 

AzEdu.az xəbər verir ki, Xaçmaz Rayon Məhkəməsində keçirilən iclasda prokuror təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib.

 

Məhkəmə təqdimatı əsaslı hesab edib.

 

Qərara əsasən, Səfər Kavazov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

 

***

17:04

 

Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən Səfər Kavazov Xaçmaz Rayon Məhkəməsinə gətirilib.

 

AzEdu.az xəbər verir ki, bu gün onun barəsində istintaq orqanının təqdimatına baxılacaq.

 

Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi məlum olub.

 

Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb.

 

Onu qaçırmaqda şübhəli bilinən S.Kavazov saxlanılıb, və barəsində cinayət işi açılıb.