Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-18 15:57:14
Builki “Son zəng”in tarixi və məzunların sayı AÇIQLANDI

2022-2023-ci tədris ili üzrə məzun olan 11-ci sinif şagirdlərinin sayı açıqlanıb.


Bu barədə AzEdu.az saytının sorğusuna Elm və Təhsil Nazirliyindən rəsmi cavab verilib.

Nazirliyin məlumatına görə, bu il respublika üzrə 11-ci sinifləri 98 660 şagirdin bitirəcəyi proqnozlaşdırılır.

Bu il “Son zəng” tədbiri 14 iyun tarixində keçiriləcək.

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.

“Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görməlidirlər.