Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-16 17:11:23
Dərslər sentyabrın 1-dən başlaya bilər? - Nazirdən AÇIQLAMA - VİDEO

İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə 3 aylıq tətil müddəti var. Tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı olar.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

 

Nazir tədris müddətinin azaldılmasının mümkünlüyü barədə suala belə cavab verib: 

“İndi şagirdlər daha az dərsə gedir. Biz 10 il oxusaq da, bir çoxumuz şənbə günü dərsə getmişik. Məktəb günlərinin azaldılması uşaqlarımıza yaxşı nəsə vəd etmir. Tədris ili nə qədər uzun olarsa, uşaqların gələcəyi daha yaxşı olar. Mən bir təhsil işçisi kimi inanıram ki, təhsil müddəti uzun olsa, daha yaxşı olar. Təhsil müddətini qısaltmaq təhsildən gözləntiləri də qısaltmalıdır".

 

E.Əmrullayev qeyd edib ki, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha yaxşı olardı.


"Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir".