Sentyabrın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “UNESCO QIZIL ORDENİ”nin təqdimat mərasimi keçiriləcək.
AzEdu.az xəbər verir ki, mərasimdə Xalq rəssamı, Dünya Rəsssamlıq Akademiyasının akademiki, professor, universitetin Rəssamlıq fakültəsinin Dizayn və Dekorativ-tətbiqi sənət kafedrasının müdiri Arif Əzizova verilən “UNESCO QIZIL ORDENİ”nin təqdimat mərasimi keçiriləcək.
Tədbirlə əlaqədar “Yeni era” Dünya Rəssamlıq Akademiyasının prezidenti, akademik, UNESCO-nun “Asiya-Avropa” proqramının eksperti, Rusiyanın Xalq rəssamı Anatoliy Silov universitetin qonağı olacaq.