Daha bir tədqiqatçı Qərbi Kaspi Universitetinin tələbələri üçün mühazirə ilə çıxış edib.
AzEdu.az xəbər verir ki, 2000-ci ildə BP şirkətinin Ətraf Mühit üzrə qrup lideri kimi Azərbaycana gəlmiş və Xəzər dənizində tədqiqatlar aparmış, şotlandiyalı tədqiqatçı Ronnie Gallagherin universitetdəki mühazirələri “Ponto Xəzərdə buz dövrünün yüksəlişi və enişi - Qədim dənizçilər və dünya daşqınları” və “Azərbaycan: antropomorfik təsvirlər ölkəsi” mövzularını əhatə edir.
Qeyd edək ki, Ronnie Gallagherin bu gün saat 15.00-da universitetin Əhməd Rəcəbli 3 ünvanındakı ən yeni binasında daha bir mühazirəsi olacaq.