https://www.zirve.edu.az/
23.09.2018 14:26
“Ayın müəllimi”-də qalib olmaq üçün SON TARİX - Az qaldı...

“MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda ekspertlər tərəfindən seçilən ən yaxşı 10 yazının səsvermə mərhələsi davam edir.

AzEdu.az xəbər verir ki, səsvermə müddəti 27 sentyabr saat 18:00-da başa çatacaq.

Hazırki nəticələrə görə, ilk üçlüyü təqdim edirik:

1.Məcid Musayev
2.Şahanə İsgəndərova
3.Araz Hacıyev

Xatırladaq ki, ilkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilərək saytda paylaşılıb.

İndi isə AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim edilib. Bu zaman oxucuların yazıları oxuyaraq bəyəndiklərinə səs vermək imkanı var. Yazılarla tanış olmaq üçün xəbər lentinin yuxari hissəsində yerləşən “Müsabiqə yazıları” bölməsinə klikləyin.

Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az saytının əsas səhifəsində yerləşən sağdan aşağıdakı sorğu panelində təqdim olunan cavablara baxıb, səs versinlər.

Qeyd edək ki, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar. Təltifetmə mərasiminin Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrində təşkili nəzərdə tutulur. Üstəlik, təltifetmədə rəsmi nümayəndələr və deputatlar iştirak edəcək.