Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-27 14:15:00
“İlin Gənc Müəllimi-2022” müsabiqəsinin qalibləri - SİYAHI

Milli Məclisin Mədəniyyət komitəsinin AzEdu.az təhsil portalı ilə birgə keçirdiyi "İlin Gənc Müəllimi-2022" müsabiqəsi yekunlaşıb.


Müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri, ilhamverən fəaliyyətləri ilə şagirdlərə, eləcə də müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc pedaqoqları ortaya çıxarmaq, onları tanıtmaq və mükafatlandırmaqdır.

 

Beynəlxalq “Global Teacher” müsabiqəsinin şərt və meyarlarını əsas götürən “İlin gənc müəllimi” müsabiqəsi üç turla həyata keçirilib. Birinci mərhələdə iştirakçılar müraciət formasını doldurublar. Hər bir müəllim şəxsən özü ona təqdim olunan sualları cavablandırıb.


Daha sonra ilk 50 nəfər arasından 10 müəllim sonuncu mərhələyə keçib.


Müsabiqənin ilk “10-luq”una daxil olan sorğu isə 1 fevral 2023-ci ildən 2 mart 2023-cü il saat 00.00-dək davam edib. 


Beləliklə, həm münsiflər heyətindən (80 bal), həm də saytda keçirilən səsvermədən (20 bal) ən yüksək bal toplayan 3 pedaqoq ümumi nəticə əsasında “İlin Gənc Müəllimi-2022” müsabiqəsinin qalibləri olub.

İlk üç yerin sahibi – qaliblər aşağıdakı müəllimlərdir:

 

No description available.

1-ci yer: Orxan Əhmədov

Hazırda İsmayıllı rayonundakı Talıstan kənd tam orta məktəbində çalışır. Tarix fənnini tədris edir.
Orxan Əhmədov müsabiqədə 77 bal toplayıb (Münsiflər 57; Səsvermə 20).

 

No description available.

2-ci yer: Səidə Quliyeva

Hazırda Ucar rayonundakı Alpı kənd tam orta məktəbində çalışır. İbtidai sinif müəllimidir.

Səidə Quliyeva müsabiqədə 65.3 bal toplayıb (Münsiflər 48.3; Səsvermə 17).

 

No description available.

3-cü yer: Leyla Qarayeva 

Hazırda Lənkəran rayonundakı Jidi kənd ümumi orta məktəbində işləyir. İbtidai sinif müəllimidir.
Leyla Qarayeva müsabiqədə 62.3 bal toplayıb (Münsiflər 45.9; Səsvermə 16.4).

***


Digər 7 yerin sahibini də ardıcıllıqla diqqətinizə çatdırırıq:


4. Vasif Şıxıyev: Şamaxı şəhər 10 nömrəli tam orta məktəbi - 56.7 bal (Münsiflər 40.8; Səsvermə 15.9);


5. Ülviyyə Abdulova: Abşeron rayon Məmmədli kənd tam orta məktəbi - 43.1 bal (Münsiflər 28.6; Səsvermə 14.5);
 

6. Səltənət Qurbanova:  Göygöl rayon Çaylı kənd tam orta məktəbi  - 39.8 bal (Münsiflər 25.8; Səsvermə 14);


7. Səbinə Əsədova:
 İmişli rayon 6 saylı orta məktəbi - 35.7 bal (Münsiflər 23; Səsvermə 12.7);


8. Samirə Əmrahova: Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbi - 27.6 bal (Münsiflər 17.6; Səsvermə 10);


9. Leyla Camalzadə: Gəncə şəhəri 4 nömrəli tam orta məktəbi - 26.3 bal (Münsiflər 18.3; Səsvermə 8);
 

10. Kamil Kazımov: Lerik rayon Vistən kənd tam orta məktəbi - 21.9 bal (Münsiflər 14.6; Səsvermə 7.3).


AzEdu.az qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK