Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 17:12:00
İmtahana qumbaranı kim gətirib? - Təhsil ekspertindən AÇIQLAMA

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin bu gün keçirdiyi mətbuat konfransında imtahana gələnlərin içəri hətta qumbara keçirmək istədiyini söyləməsi birmənalı qarşılanmayıb.

AzEdu.az-ın məlumatına görə, təhsil eksperti Elçin Əfəndiyev DİM sədrinin bu açıqlamasına münasibət bildirib:

 

“İmtahan kütləviliyi ilə seçilir. Təxribat törətmək istəyənlər üçün ideal yerdir. Ona görə də bəzilərinə kənardan imtahanın keçirilməsi asan görünə bilər. Bu prosesdə təkcə DİM deyil, dövlətin hüquq-mühafizə orqanları da iştirak edir. Qumbaranı imtahana abituriyent aparmır, abituriyent kimi maskalanan şəxslər aparır.

 

Bəs niyə bununla bağlı açıqlama verilmirdi?

 

Yersiz ajiotaj kimə lazımdır? İmtahan prosesi onsuz da həyəcanlıdır. Bir də üzərinə belə bir panik xəbərin həyəcanı gəlməməlidir. Özünüz xaosu təsəvvür etdiniz? Biləsiniz, hər zaman hər məlumat açıqlanmır.”