Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 09:00:45
Dövlət İmtahan Mərkəzindən abituriyentlərə xəbərdarlıq: “Bunu etməyin!”

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəbələrə və kolleclərə sənəd veriən abituriyentlərə xəbərdarlıq edək, onları ehtiyatlı olmağa çağırıb.

AzEdu.az-ın məlumatına görə, DİM abituriyentləri şəxsi kabinetin parolunu özlərinədə saxlamağı tövsiyə edib.

“Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlər göstərir ki, bəzi abituriyentlər şəxsi kabinet yaratdıqdan sonra onun istifadəçi adı və parolunu kənar şəxslərə verirlər. Nəzərə almaq lazımdır ki, sonradan həmin şəxslər abituriyentin elektron ərizəsinə daxil olub abituriyentin istəyinə uyğun olmayan müəyyən düzəlişlər edə, hətta elektron ərizəni ləğv edə bilərlər.

Bundan əlavə, bəzən abituriyentlər elektron ərizənin doldurulması və təsdiqi prosesində iştirak etmirlər və bunu başqa şəxslərə həvalə edirlər. Həmin şəxslər də ərizədə abituriyentin istəyindən asılı olmayaraq seçim edirlər. Bu isə gələcəkdə abituriyentlərə müəyyən problemlər yaradır. DİM-ə daxil olan müraciətlər göstərir ki, bəzi abituriyentlər elektron ərizədə hansı seçimləri etdiklərini özləri bilmirlər.

Bu tip hallar ixtisas seçimi zamanı özünü daha çox göstərir və nəticədə abituriyent ya heç bir təhsil müəssisəsinə qəbul ola bilmir, ya da təhsil almaq istəmədiyi bir ixtisasa qəbul olur.

Xatırladaq ki, istifadəçi adı və parolu bilmədən abituriyentin şəxsi kabinetinə və elektron ərizəsinə daxil olmaq mümkün deyil. Abituriyentlərə tövsiyə edirik ki, bu məlumatları heç bir halda kənar şəxslərə verməsinlər. Əgər bu vaxta kimi həmin məlumatları kənar şəxslərə veriblərsə, şəxsi kabinetlərinə daxil olub parollarını dəyişməyi tövsiyə edirik”, - deyə DİM bəyan edib.